"Anji" və "Eskişəhərspor" arasında yumruq davası

"Anji" və "Eskişəhərspor" arasında yumruq davası

Mahir Şükürovun şərəfini qoruduğu "Anji" klubu Türkiyədə yoldaşlıq oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, Mahaçqala klubu millimizin kapitanı Rəşad Sadıqovun sabiq klubu "Eskişəhərspor"la qarşılaşıb.

Matç 3:1 hesabıyla qardaş ölkə təmsilçisinin xeyrinə başa çatıb. Lakin görüşün sonuna iki dəqiqə qalmış futbolçular arasında qalmaqal yaranıb. Kobud oyuna üstünlük verən tərəflərin hərəkətləri yumruq davası ilə nəticələnib. Davaya isə nəinki meydandakı, hətta ehtiyat oyunçular skamyasında əyləşən futbolçular da qatılıb. Onları yalnız asayiş keşikçiləri və otelin təhlükəsizlik xidmətinin əməkdaşları sakitləşdirə biliblər. Hakim dava sakitləşəndən sonra sadəcə qalan iki dəqiqə oynanılıb qurtaran kimi, matçın başa çatdığını bildirib. Münaqişə zamanı yaralanan olmadığı bildirilir.

Qeyd edək ki, Mahir Şükürov hazırda millimizin düşərgəsində yer alsa da, "Anji"nin baş məşqçisi Hacı Hacıyevin əsas köməkçisi olan Vaqif Sadıqov da Mahaçqala klubuyla birgədir.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com