"Qarabağ"ın kapitanı Rəşad Sadıqov futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya çempionu "Viktoriya"ya qarşı keçirdikləri cavab oyununu şərh edib. Təcrübəli futbolçu 1:1 hesabıyla bitən görüşdən (ilk oyun 0:0) sonra bunları söyləyib:
"Danışılası heç nə yoxdur. Özünüz də hər şeyi gördünüz. Qismət belə imiş. Qələbə qazanmaq üçün daha nə etmək lazımdır, bilmirəm. Rəqib bircə qol vəziyyəti yaratdı, ondan da yararlandı. Bu, heç qol vəziyyəti də deyildi, amma, onlar istəklərinə çatdılar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB