Rodriqinyo: \"Hansı futbolçunun fərqlənməsinin bizim üçün əhəmiyyəti yoxdur\"

Rodriqinyo: \"Hansı futbolçunun fərqlənməsinin bizim üçün əhəmiyyəti yoxdur\"

\"Çempionatın sonuna 8 oyun qalıb. Biz qalan bütün görüşlərdə 3 xal qazanmaq üçün meydana çıxacağıq\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Neftçi\" PFK-nın braziliyalı futbolçusu Rodriqinyo klubun rəsmi saytına deyib. O \"Xəzər Lənkəran\"la səfərdəki matçda hesabda öndə olsalar da, qələbəni son dəqiqələrdə əldən verdiklərini, bu oyunda rəqibi məyus edərək, \"Neftçi\"nin heyətində ilk qolumu vurduğunu vurğulayıb. Futbolçu bildirib ki, qalan görüşlərdə də qollar vurub komandasına qələbə qazandırmaq üçün əlindən gələni edəcək: \"Ancaq, əsas vacib olan \"Neftçi\"nin qələbə qazanmasıdır. Hansı futbolçunun fərqlənməsinin bizim üçün əhəmiyyəti yoxdur, əsas odur ki, hesabımıza 3 xal yazdıraq. Biz kollektiv kimi çox güclüyük. Hədəfimiz isə məlumdur-çempion olaraq, Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil etmək\".

Bütün xəbərlər Facebook səhifəmizdə