"Sərhədçi" İdman Olimpiya Mərkəzində karatenin WKF versiyası üzrə kişilər və qadınlar arasında kumite və kata üzrə 19-cu Azərbaycan çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda respublikanın müxtəlif bölgələrini təmsil edən 25 komandanın tərkibində 117 idmançı ölkə çempionu adı uğrunda mübarizə aparıb. Diqqət çəkən əsas məqam Dünya və Avropa çempionatlarında dəfələrlə çempion və mükafatçı olmuş Rafael Ağayev, Niyazi Əliyev, Rəşad Hüseynov, İsrafil Şirinov və Şahin Atamov kimi idmançıların Azərbaycan çempionatında iştirak etməsi olub ki, bu da yarışa marağı xeyli artırıb.
Nəticələrə gəlincə, kişilərin
kata yarışları "Çempion" klubunun üzvü Elvin Eyvazovun qələbəsilə başa çatıb. Qadınların
şəxsi kumite üzrə mübarizəsində 50 kq-da "Fərasət" klubundan Sevinc Mehdiyeva,
61 kq-da isə "Qara Qaplan" klubundan Surə Fərəcli fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb. Kişilərin şəxsi kumite üzrə mübarizəsində isə orta çəkilərdə
sensassiya baş verməyib. 60 kq-da "Qara Qaplan" klubundan Ceyhun Mustafayev
finalda Fövqəladə Hallar Nazirliyi (FHN) idman klubunu təmsil edən Tural
Ələkbərlini məğlub edib. 67 və 75 kq cəki dərəcələrinin finallarında isə FHN
nümayəndələri Niyazi Əliyev və Rafael Ağayev müvafiq olaraq "Musado" və
"Çempion" klublarından olan rəqibləri Rəşad Hüseynov və Ayxan Mamayevi
məğlubiyyətə uğradıblar. Son 2 cəki dərəcəsində isə gənclər yığmasının üzvləri
əsas komandadan olan rəqibləri üzərində qələbə qazanmaqla iddialarını ortaya
qoyublar. 84 kq cəkinin həlledici qarşılaşmasında "Qara Qaplan" klubunun
yetirməsi Asiman Qurbanlı "Musado"nu təmsil edən İsrafil Şirinovdan güclü olub.
84 kq-dan ağır cəkili idmançılar arasında isə "Çempion" klubunun karateçisi
Orxan Heydərli "Qara Qaplan"ın şərəfini qoruyan Şahin Atamova qalib gəlib. Yığma
komandanın baş məşqçisi, Dünya və Avropa çempionu Rəhman Hatəmovun sözlərinə
görə, gənclər yığmasının bir neçə üzvünün Azərbaycan çempionu olması və ya
mükafatçılar sırasına düşməsi komandadaxili rəqabətin artmasının bariz göstəricisidir
və təbii ki bu məşqçilər korpusunu sevindirməyə bilməz: "Azərbaycan
çempionatının yekunlarına əsasən mükafatçılar sırasına düşən karateçilərin
iştirakı ilə təlim-məşq toplantıları təşkil olunacaq. Əsas məqsədimiz mayın
6-8-də İsveçrənin Sürix şəhərində təşkil olunacaq Avropa çempionatında uğurla
çıxış etməkdir. Buna qədərsə idmançılarımız Turkiyə və ABŞ-da təşkil olunacaq 2
beynəlxalq turnirdə iştirak edəcəklər və bundan sonra Avropa çempionatına
yollanacaq heyət müəyyənləşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB