Elnur Allahverdiyev Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılıb

Elnur Allahverdiyev Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılıb
"Xəzər Lənkəran" klubunun futbolçusu Elnur Allahverdiyev Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılıb. Siasport.az saytı xəbər verir ki, futbolçunun heyətdən kənarlaşdırılmasının səbəbi onun zədəli olmasıdır.

Xatırladaq ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində millimiz martın 29-da, Bakı vaxtı ilə saat 23:45-də Brüssel şəhərində Belçika yığması ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə