"İlk dəfə olaraq Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olimpiyaçılarımızı televiziyanın canlı yayımı ilə yola saldıq. Bütün idman ictimaiyyəti, çoxsaylı idman azarkeşləri hava limanında idmançılarımıza dəstək oldular. Bu, onlarda böyük ruh yüksəkliyi yaratdı". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
Onun sözlərinə görə, "Rio-2016" Azərbaycan üçün fərqli olimpiada olacaq: "Azərbaycanın nümayəndə heyəti Rioya 18 idman növündə 56 idmançı və 57 lisenziya ilə yola düşdü. Bu olimpiada daha çox yaddaqalan olacaq. Yığma komandamızın tərkibində olimpiya, dünya və Avropa çempionları, olimpiya oyunlarında təcrübəsi olan idmançılar var. Ümidvaram ki, nəticələrimiz yaxşı olacaq. Bütün idmançılarımıza uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB