Azərbaycan millisi Brüsseldədir

Azərbaycan millisi Brüsseldədir
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Belçika yığması ilə qarşılaşacaq futbol üzrə Azərbaycan milli komandası bu gün Brüssel şəhərinə gedib. Siasport.az saytı xəbər verir ki, millimiz Brüsseldəki "Dolce Hotels and Resorts"da qalacaq.

Xatırladaq ki, Azərbaycan millisi martın 19-dan bu günə qədər Almaniyanın Veqberq şəhərində təlim-məşq toplanışında olub.

Belçika – Azərbaycan oyunu martın 29-da, Bakı vaxtı ilə saat 23:45-də, Brüsseldəki "Rua Boduen" stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com