Martın 29-da futbol üzrə AÇ-2012 çərçivəsində İstanbulda keçiriləcək Türkiyə-Avstriya qarşılaşmasının hakim-inspektoru dünyanın ən məşhur futbol hakimi Pierluici Kollina olacaq. Siasport.az saytı xəbər verir ki, artıq Türkiyə mətbuatında bu təyinat böyük maraqla qarşılanıb. Qardaş ölkənin aparıcı KİV-ləri dünya şöhrətli italyan referini Türkiyənin "şans mələyi" adlandırırlar. Türkiyədə hesab edirlər ki, P.Kollinanın bu qarşılaşmaya təyinatı, həm Türkiyə üçün düşərli olacaq, həm də onun İstanbula gəlməyi qardaş ölkə futbolu üçün böyük reklam xarakteri daşıyır. Xatırladaq ki, Türkiyə-Avstriya qarşılaşmasını çexiyalı ədalət təmsilçisi Pavel Kraloveç idarə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB