Bakı Media Mərkəzi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının qələbəyə ruhlandırılması, habelə komandamızın üzvlərinin tanıdılması məqsədilə film hazırlayıb. SİA-nın məlumatına görə, filmdə idmançıların valideynləri, qohumları, məşqçiləri, federasiya rəsmiləri olimpiyaçılarımıza uğurlar arzulayır, onlara qələbə naminə bütün imkan və bacarıqlarını ortaya qoymağı tövsiyə edirlər. Filmin hazırlanması idmançılardan gizli saxlanılıb, onlar üçün bir növ sürpriz olub. Film olimpiyaçılarımıza onları Rioya aparan təyyarədə nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB