Ukraynanın "Şaxtyor" futbol klubunun rumuniyalı baş məşqçisi Mirça Luçesku Ukrayna mətbuatında bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, bir zamanlar İstanbul futbol klublarını da çalışdırmış təcrübəli futbol mütəxəssisi Ukrayna komandasında xoşbəxt olduğunu bildirib. M.Luçesku bununla yanaşı, "Şaxtyor" rəhbərliyini təşvişə salan fikirlər də səsləndirib. O qeyd edib ki, Ukrayna təmsilçisindən ancaq "Real" və ya "Mançester Yunayted"dən təklif alacaqı təqdirdə ayrıla bilər: "Hazırkı komandamdan ayrılmağım üçün heç bir əsas yoxdur. Ukrayna çempionatında da işlərimiz əla gedir. Çempionlar Liqasında isə yolumuza uğurla davam edirik. "Şaxtyor"dan bircə şərtlə ayrıla bilərəm. Bu da o zaman baş verər ki, "Real Madrid" və ya "Mançester Yunayted"dən təklif alım"-deyə təcrübəli baş məşqçi fikirlərini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB