AÇ-2012: İspaniya Çexiyaya, Hollandiya isə Macarıstana futbol dərsi keçdi
|
Dünən Avropanın yaşıl meydanlarında bir-birindən maraqlı və gərgin qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, daha çox futbol üzrə AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunlarda maraqlı nəticələr qeydə alınıb. Estoniya milli komandasi öz meydanında ikiqat dünya çempionları olan Uruqvay yığmasını qəbul edərək 2:0 hesabı ilə qalib gəliblər. İtaliya millisi səfərdə Sloveniyanı 1:0, Hollandiya isə Budapeştdə Macarıstanı 4:0 hesabı ilə darmadağın edib. İspaniya öz meydanında Çexiyaya şans verməyib,-2:1. Fransa isə Lüksemburqu 2:0 hesabı ilə üstələyib. Futbol üzrə milli komandamızın da yer aldığı A qrupunda Belçika səfərdə Avstriyanı 2:0 hesabı ilə məğlub edərək qardaş Türkiyənin qrupdan çıxmaq imkanlarını əməllicə çətinə salıb. Bu gün isə daha bir neçə qarşılaşma keçiriləcək. Milli komandamızın da yer aldığı A qrupunda Almaniya millisi öz meydanında Qazaxıstan yığmasını qəbul edəcək. Qazaxların alman torpağından qələbə bir yana qalsın, rüsvayçı məğlubiyyətdən yaxa qurtaracaqları möcüzəyə bənddir. |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB