Volkan Dəmirəl İtaliya klubuna keçir?

Volkan Dəmirəl İtaliya klubuna keçir?

İstanbulun "Fənərbaxça" futbol klubunun və futbol üzrə Türkiyə Milli Komandasının qapıçısı Volkan Dəmirəl avropanın nəhəng futbol klublarının maraq dairəsindədir. Siasport.az saytı xəbər verir ki, artıq bir sıra klublar İstanbul klubuna menecerləri vasitəsi ilə təkliflərini də göndərməyə başlayıblar. V.Dəmirəli transfer etməkdə isə daha çox İtaliya klubları israr edirlər. İtaliya mətbuatı yazır ki, İtaliya A Seriyasının aparıcı klublarından olan "Latsio" V.Dəmirəli yaxından izləyir. Həttda İtalyan medyasının xəbərinə əsasən, bir müddət əvvəl "Fənərbaxça"nın uruqvaylı hücumçusu Diyeqo Luqano ilə də maraqlanan italyan klubu, İstanbul klubunun mənfi reaksiyasından sonra bu sevdasından vaz keçmişdi. İndi isə ciddi qapıçı problemi yaşayan "Latsio"nun V.Dəmirəli transfer etməkdə israrlı olduğu deyilir. Eyni zamanda klubun menecerləri də, aprelin 3-də keçiriləcək "Fənərbaxça"-"Bursaspor" oyununda V.Dəmirəli yaxından izləyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə