Mariana Vasileva: "Gimnastlarımız Rio Olimpiadasına hazırdır" AÇIQLAMA
"Gimnastlarımız Rio Olimpiadasına hazırdır. İdmançıların əhval-ruhiyyəsi yüksək səviyyədədir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasileva deyib.
O, olimpiya oyunlarında iştirak edəcək idmançılarımızın yüksək nəticələr qazanağına inandığını qeyd edib: "Bütün Azərbaycan bizdən böyük nəticələr gözləyir. Ona görə həyəcanlıyıq. Nəticələrin yaxşı olacağını ümid edirik. İki həftə vaxtımız var. Braziliyada məşqlərimizi daha da gücləndirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB