Yıldırım Dəmirörənin Joze Maurinyo ilə görüşünün əsl səbəbi məlum oldu!

Yıldırım Dəmirörənin Joze Maurinyo ilə görüşünün əsl səbəbi məlum oldu!

İstanbulun "Beşiktaş" futbol klubunun sahibi Yıldırım Dəmirörənin Avropa macəraları bitmir. Siasport.az saytı xəbər verir ki, bu yaxınlarda İspaniyada olarkən "Real Madrid"ə də baş çəkən İstanbul klubunun prezidentinin əsl məqsədi indi aydın olub. İspaniyanın "AS" qəzetinin xəbərinə görə Kral klubunun bazasında məşhur portuqaliyalı futbol mütəxəssisi, hazırda "Real"ın baş məşqçisi olan Joze Maurinyo ilə görüşən Y.Dəmirörən, "Beşiktaş"ın xarici futbolçu transferi ilə bağlı portuqaliyalı futbol mütəxəssisindən bir sıra məsləhətlər alıb. Amma ispan qəzeti göeüşün əsl məqsədi barədə əd məlumat verməyi unutmayıb. Qəzetin yazdığına görə, Y.Dəmirörən istənilən şərt müqabilində J.Maurinyonu İstanbul klubunun baş məşqçisi postunda görmək istədiyini deyib, qarşı tərəf isə bu təklifi gələcək illərdə dəyərləndirə biləcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə