UEFA Çempionlar Liqası turnirinin üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" bu gün Çexiyanın "Viktoriya Plzen" komandası ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq. Oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
Baş hakim: Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Mustafa Eyisoy, Kemal Yılmaz
Dördüncü hakim: Barış Şimşek
(Hakimlər briqadası Türkiyədəndir)
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr)
Hakim-inspektor: İqor Satchi (Makedoniya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB