"İnter" və "Muğan" yoldaşlıq oyunu keçirəcək

"İnter" və "Muğan" yoldaşlıq oyunu keçirəcək
Futbol üzrə Azərbaycan yığmasının Belçika ilə oyunu səbəbindən Premyer Liqada yaranmış fasilədən yararlanmaq niyyətində olan "İnter" və "Muğan" yoldaşlıq oyunu keçirəcək. Siasport.az saytı xəbər verir ki, iki klub arasında əldə olunmuş razılığa əsasən komandalar martın 27-də "Şəfa" stadionunda qarşılaşacaqlar. Matçın başlama saatı hələ məlum deyil.

Bu arada "İnter" məşqlərini bərpa edib. "Bakı" ilə oyundan sonra istirahətə buraxılan komanda martın 21-dən hazırlıqlara başlayıb və gündə iki dəfə məşq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə