Martın 26-da Portuqaliyanın Portu şəhərində Avropa Kanoe Assosiasiyasının (ECA) Konqresi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) texniki direktoru Leyla Əliyeva təmsil edəcək.
Konqresdə ECA prezidenti, vitse-prezidenti, İdarə Heyəti üzvləri, auditoru, Beynəlxalq Kanoe Federasiyası (İCF) Şurasının Avropa nümayəndələri seçiləcək. Eyni zamanda, ECA Nizamnaməsi və yarış qaydalarında dəyişikliklər üçün edilən təkliflərə münasibət bildiriləcək, qarşıdakı 2 ildə üzvlük haqqı, 2011-2012-ci illər üçün İnkişaf Proqramı və büdcə müzakirə olunacaq.
Qeyd edək ki, ECA-ya 1993-cü ildən böyük britaniyalı Albert Vuds başçılıq edir. O, 9 - 13 martda Azərbaycanda səfərdə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB