Firdovsi Umudov: “Çalışacağıq ki, etimadı doğruldaq" AÇIQLAMA

Firdovsi Umudov: “Çalışacağıq ki, etimadı doğruldaq" AÇIQLAMA

"Təlim-məşq toplantılarını yüksək səviyyədə keçirmişik. Fiziki, texniki, taktiki məşq proseslərini başa vurmuşuq. Güləşçilərimiz üçün dövlətimiz və federasiya tərəfindən hər cür şərait yaradılıb. İdmançılarımız yüksək əhval-ruhiyyədədirlər. Güləşçilərimiz olimpiya oyunlarında medallar qazanmaq üçün bütün güclərindən istifadə edəcəklər". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov deyib.

O bildirib ki, XXXI Yay Olimpiya Oyunlarında yüksək nəticələr qazanmaqla Azərbaycan idmançıları güclü olduqlarını bir daha sübut edəcəklər: "Çalışacağıq sübut edək ki, biz ötən olimpiya oyunlarındakı nəticələri təsadüfi qazanmamışıq. Axıra qədər mübarizə aparıb, dözüm, dəyanət göstərib ölkəmizi, xalqımızı medallarla sevindirəcəyik. Çalışacağıq ki, xalqımızın, dövlətimizin, möhtərəm Prezidentimizin, güləşsevərlərin bizə göstərdiyi etimadı doğruldaq".

Bütün xəbərlər Facebook səhifəmizdə