Marina Durunda: "Maksimum nəticə üçün bütün gücümüzü səfərbər edəcəyik" AÇIQLAMA
"Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcəyimə görə fəxr hissi keçirirəm. Olimpiadada yarışmaq uzun illərin arzusu idi. Qalib gəlmək üçün əlimdən gələni edəcəyəm". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında bədii gimnastika üzrə Azərbaycan çempionu, beynəlxalq yarışların mükafatçısı Marina Durunda deyib.
O qeyd edib ki, idmançılarımız olimpiadaya yüksək səviyyədə hazırlıq keçiblər və medallar uğrunda mübarizə aparacaqlar: "Braziliyada maksimum nəticə əldə etmək üçün bütün gücümüzü səfərbər edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB