Futbol üzrə son İngiltərə çempionu olan "Lester" klubu, növbəti transferini reallaşdırıb. "Sky" xəbər verir ki, İngiltərə çempionu "Krakoviya"nın üzvü Bartoş Kapustkanı heyətinə qatıb. Polşa klubu bu keçiddən 7,5 miyon funt qazanacaq. Halbuki "Lester" daha əvvəl 19 yaşlı futbolçuya görə 5,25 milyon ödəmək istəyirdi. Lakin Kapustkanın Avropa çempionatında özünü yaxşı tərəfdən göstərməsi dəyərinin artmasına səbəb oldu. Qeyd edək ki, gənc yarımmüdafiəçi son mövsüm "Krakoviya"nın heyətində meydana çıxdığı 33 oyunda 4 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB