Messi üçün braziliyalı baş məşqçi...

Messi üçün braziliyalı baş məşqçi...

Amerika Kubokunun finalında məğlubiyyət şoku yaşayaraq, həttda Leonel Messinin belə bir müddət sıralarını tərk etdiyi Argentina millisi özünə yeni baş məşqçi tapıb. İspaniyanın "As" nəşri yazır ki, Braziliyanın "San-Paulu" klubuna rəhbərlik edən Edqardo Bausa Argentina yığmasının yeni baş məşqçisi təyin edilib. 58 yaşlı mütəxəssis Amerika Kubokunun finalından sonra vəzifəsindən istefa verən Herardo Martinonu əvəzləyəcək. Yaxın günlərdə E.Bausanın təyinatına dair rəsmi açıqlama veriləcək. Qeyd edək ki, Edqardo Bausa 2008-ci ildə Ekvadorun "Kito", 2014-cü ildə isə Argentinanın "San-Lorenso" klubu ilə Libertadores Kubokunun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə