\"Neftçi\"nin B komandası test normativləri verib

\"Neftçi\"nin B komandası test normativləri verib

Bu gün \"Neftçi\" klubunun bazasında məşqçilərin nəzarəti altında B komandasında yer alan bir qrup gənc futbolçu, test normativləri verib. Siasport.az saytı xəbər verir ki, İki qrupa bölünən gənclər \"Polar saat\"larla təhciz edilərək, tempi artırmaq şərti ilə qaçış testi veriblər. B komandasının üzvlərinə tətbiq edilən bu testdən sonra, B komandasının üzvlərinin aerobika və güc bacarıqları ortaya çıxıb.

Qeyd edək ki, \"Neftçi\" PFK-nın məqşçilər korpusu bundan sonrada bu testləri davam etdirəcək. Bununla bağlı \"Neftçi\" PFK-nın icraçı direktoru Mübariz Xudiyev klubun rəsmi saytına məlumat verib: \"Bilirsiniz ki, bir müddət əvvəl klubumuzun prezidenti Sadıq Sadıqovun göstərişi ilə \"Neftçi\"də B komandası yaradılıb. \"Neftçi\"nin uşaq komandalarında yer alan 1993-1996-cı il təvəllüdlü, istedadlı futbolçular B komandasının heyətinə cəlb olunub. Daim perspektivli yerli futbolçulara qayğı göstərən klub rəhbərliyi B komandasını yaratmaqla, istedadlı yerli futbolçuları gələcəkdə əsas komandaya qazandırmaq məqsədi güdür. Onlar bu məşqlərdə iştirak etməklə daimi olaraq fiziki, taktiki hazırlıqlarını artıraraq, gələcəkdə əsas komandada tətbiq edilən oyun modelini də dərindən mənimsəyəcəklər. Beləliklə gələcəkdə onlar əsas komandanın üzvlərinə çevrildikdə hər hansı bir çətinliklə üzləşməyəcəklər və psixoloji baxımdan yeni sistemə uyğunlaşmaq problemi ilə qarşı-qarşıya qalmayacaqlar. İnşallah, gələcəkdə bu işin bəhrəsini görəcəyik. B komandasının heyətinə cəlb olunan futbolçular, təkcə \"Neftçi\"nin deyil, həmçinin Azərbaycan futbolunun gələcəyi olacaqlar\".

Bütün xəbərlər Facebook səhifəmizdə