Futbol üzrə UEFA Avropa Liqasında uğursuz və üzücü nəticələrdən sonar bütün diqqətini yeni mövsümə çevirən Bakının "Neftçi" futbol klubu, rumıniyalı hücumçu Katalin Tiranı transfer edib. Bakı klubunun rəsmi saytının yaydığı xəbərə görə, onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, K.Tira 2009-2010-cü illərdə İtaliyanın "Udineze", 2010-2013-cü illərdə isə "Latsio" klublarında çıxış edib. O, 2013-cü ildə Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb. 2013/2014-cü illər mövsümünü Hollandiyanın "Den Haaq" klubunda keçirən Tira daha sonra vətəninə qayıdıb. 2014-2016-cı illərdə Rumıniyanın "Braşov" və "Konkordia" klublarında oynayan gənc hücumçunun son klubu Buxarest "Rapid"i olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB