"Artıq Olimpiya Oyunlarında iştirak üçün Rioya yola düşürük. Bizi yola salmaq üçün hava limanına gələn hər kəsə minnətdaram. Bizə göstərilən böyük diqqət və qayğı məsuliyyətimizi daha da artırır". Bu açıqlama ilə güləşçimiz, son olimpiya oyunlarının qalibi Toğrul Əsgərov deyib. 2012-ci ildə Londonda Olimpiya çempionu olan, ötən il Bakıda həm dünya çempionatının, həm də I Avropa Oyunlarının qalibi adını qazanan 23 yaşlı idmançı Rioda da uğurlu nəticə göstərməyə çalışacağını qeyd edib:
"Çalışacağam ki, Rioda 4 il öncəki nəticəmi təkrarlayım. Məqsədim yenidən Olimpiya çempionu olmaqdır. Bütün idmançılarımıza uğurlar arzulayıram. İstərdim ki, olimpiadada medallarımızın sayı-hesabı olmasın. Güləşçilərimizin hamısı titullu idmaçılardır. Komanda yoldaşlarımın hamısından uğurlu nəticə gözləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB