"Neftçi" klubu məşqləri bərpa edib. Siasport.az saytı xəbər verir ki, bu gündən etibarən komanda üzvləri baş məşqçi Arif Əsədovun rəhbərliyi altında gündə iki dəfə olmaqla klubun bazasında məşq edərək, növbəti turda keçiriləcək "Qarabağ"la oyunun hazırlıqlarına start verib. Uzun müddətdir zədə səbəbindən vətəni Belçikada müalicə olunan flaqmanın hücumçusu Emil Mpenza, ötən gün Bakıya gələrək komandanın düşərgəsinə qoşulub. Belçikalı hücumçu bərpa prosesini keçdiyi üçün, məşqçilərin nəzarəti altında umumi məşqlərdə iştirak edəcək.
Qeyd edək ki, komandanın məşqlərində yığma komandamıza, 21 yaşlılardan ibarət millimizə və Makedoniya yığmasına çağırılan futbolçular iştirak etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB