"Qarabağ" məşqlərə başladı

"Qarabağ" məşqlərə başladı
"Qarabağ" klubu məşqlərə başlayıb. Siasport.az saytı xəbər verir ki, Novruz bayramı və milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq komandanın baş məşqçisi Qurban Qurbanov futbolçulara 3 günlük istirahət vermişdi. Artıq dünəndən komanda hazırlıqlara start verib. Komandanın bazasına yığışan futbolçular "Sərin"in idman meydançasında məşq ediblər. Bu günə komandanın 2 məşqi nəzərdə tutulub. Artıq səhər məşqi baş tutub. Günün 2-ci məşqinin də "Sərin"də keçirilməsi planlaşdırılır.

Ağdam təmsilçisinin məşqlərində millimizin düşərgəsində olan Fərhad Vəliyev, Rəşad Sadıqov, Elvin Məmmədov, Vüqar Nadirov, Rauf Əliyevlə yanaşı, Albaniya millisinin düşərgəsinə yollanan Admir Teli, Ansi Aqolli və Latviyanın yığmasına yollanan Andrey Rubins iştirak etmir. komanda məşqlərini 17 futbolçuyla davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə