Almaniya millisi də "Bakı"nın bazıasını seçdi

Almaniya millisi də "Bakı"nın bazıasını seçdi
Almaniya milli komandasının departament rəisi Corc Belau "Bakı" futbol klubunun bazasını ziyarət edib. Siasport.az saytı xəbər verir ki, almaniyalı mütəxəssisisin səfəri AVRO-2012 seçmə mərhələsinin 7 iyun 2011-ci il tarixdə keçiriləcək Azərbaycan-Almaniya oyununa hazırlıq məqsədi güdür.


Rəsmi oyun əvvəli məşq prosesisin təşkili üçün paytaxtımıza buyuran milli komanda meneceri Almaniya milli komandasının "Bakı" futbol klubunun bazasında hazırlaşması üçün bütün zəruri şəraitin mövcudluğunu təsdiqləyib.


Corc Belau "Bakı"nın bazası ilə ətraflı tanış olduqdan sonra ora haqqında fikirlərini bildirib: ""Bakı"nın bazasını çox bəyəndim. Xüsusən də, uşaq futboluna yetirilən çox böyük diqqət və qayğının şahidi oldum. Futbolçular üçün hər bir şərait yaradılıb.


"Bakı" klubuna uğurlar arzulayıram. İnanıram ki, belə infrastruktura malik olan klub tezliklə Avropada öz sözünü deyəcək. Azərbaycanda belə bir klub formalaşmasının şahidi olmağım məni cox sevindirdi. İyun ayında bir daha sizin qonağımız olacağıq. Bu ehtimal burada gördüyüm ən yüksək şəraitə əsaslanır".


Xatırladaq ki, daha əvvəl Azərbaycan milli komandasının qonağı olaraq Bakıya səfər edən Küveyt və Türkiyə yığmaları da, məhz, "Bakı" futbol klubunun bazasında məşq etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com