Haci istefaya göndərildi
"Qalatasaray"ın baş məşqçisi Georgi Haci istefaya göndərilib. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyənin "NTV Spor" kanalının Azərbaycan müxbiri Elçin Cəfərov məlumat verib. Hazırda İstanbulda olan Cəfərov bildirib ki, bu barədə bu gecə keçirilən klubdaxili iclasda qərar qəbul olunub. Haci komandanın uğursuz çıxışına görə vəzifəsindən azad olunub.
İclasdan sonra klubun prezidenti Adnan Polat və İdarə Heyətinin üzvləri Hacinin istefaya göndərilməsi ilə bağlı açıqlama verməyiblər.

"Qalatasaray"ın baş məşqçi postu müvəqqəti olaraq komandanın məşqçisi Tuqay Kərimoğluna tapşırılıb. Yeni baş məşqçinin adına yaxın günlərdə aydınlıq gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə