Qılıncoynadanlarımız Qran-pri yarışında iştirak edəcəklər

Qılıncoynadanlarımız Qran-pri yarışında iştirak edəcəklər
Martın 26–27-də Moskvada sablyaçı qadınlar arasında Qran-pri seriyasından növbəti turnir keçiriləcək. Siaspot.az saytı xəbər verir ki, turnir proqramına yalnız şəxsi yarışlar daxil edilib. Bu nüfuzlu turnirdə ölkəmizi baş məşqçi Samir İbrahimovun rəhbərlik etdiyi sablya üzrə yığma komandanın üzvləri Səbinə Mikina və Sevil Bunyadova təmsil edəcək. Turnir lisenziya xarakteri daşıyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə