Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ" klubu ilə Çexiya çempionu "Viktoriya" arasında keçiriləcək cavab oyununa bilet satışı davam edir. SİA-nın məlumatına görə, artıq qarşılaşmaya 15 mindən çox bilet satılıb.
Oyunun sabah keçiriləcəyini nəzərə alsaq, bu gün və matç günündə daha çox bilet alışı gözlənilir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.
Qeyd edək ki, Çexiyada keçirilmiş ilk oyunda qolsuz bərabərlik qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB