"Beşiktaş"ın futbolçusu Nəcip Uysal karyerasının sonunadək bu klubda oynamaq istədiyini bildirib. SİA-nın məlumatına görə, futbolçu Türkiyə mətbuatına açıqlamasında "Beşiktaş"da oynamaqdan qürur duyduğunu qeyd edib: "Bu komandada oynamaq qürurvericidir. "Bayrampaşa Teknikspor" klubundan "Beşiktaş"a transfer olunduqdan sonra ilk hədəfim əsas heyətdə oynamaq idi. Bunu bacardığıma görə çox sevinirəm. Gənclərə futbol məktəblərinə üzv olmalarını tövsiyə edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB