"Fənərbaxça" klubu "Tvente"nin futbolçusu Hakim Ziyeçi transfer etmək istəyir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Tvente"nin baş meneceri Can van Halst açıqlama verib. O bildirib ki, futbolçu ilə maraqlanan bir neçə klub var. Qeyd edib ki, "Fənərbaxça" israrla Ziyeçi heyətinə cəlb etmək istəyir. Klub futbolçu üçün 8 milyon avro ödəməyə hazıdır.
Məlumat üçün bildirək ki, sözügedən futbolçu ilə "Everton" klubu da maraqlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB