Azərbaycan yığması Dünya Kubokunda bürünc medal qazandı

Azərbaycan yığması Dünya Kubokunda bürünc medal qazandı

Mahaçqalada keçirilən sərbəst güləş üzrə Dünya Kuboku başa çatıb. Siasport.az saytı xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan yığması bürünc medal qazanıb.

Üçüncü yer uğrunda görüşdə millimiz Özbəkistan yığması ilə qarşılaşıb. 7 idmançının tatami üzərinə çıxdığı yarışda yalnız bir təmsilçimiz - Qurban Qurbanov məğlub olub və komandamız 6:1 hesablı qələbəni bayram edərək, bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, güləşçilərimiz qrup mərhələsinə İrana məğlubiyyətlə başlasa da, sonrakı görüşlərdə Kuba, Gürcüstan və Macarıstanla Qazaxıstanın birləşmiş komandalarına qalib gəlib.

Azərbaycan - Özbəkistan 6:1

55 kq. Namiq Sövdümzadə - Dilşod Mansurov 1:0, 2:0

60 kq. Zəlimxan Hüseynov - Bəhram Ermatov 7:0, 4:1

66 kq. Emin Əzizov - İxtior Novruzov 3:2, 1:1

74 kq. Aleksandr Qostiyev - Soslan Tiqiyev 3:0, 1:1

84 kq. Novruz Təmrəzov - Subloncon Toşpularov (kürəyini yerə vurub)

96 kq. Aslanbəy Alborov - Əmirxan Mirzəyev 5:0, 1:0

120 kq. Əli İsayev - Qurban Qurbanov 1:0, 0:1, 0:1


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com