Millimiz Gürcüstanla yoldaşlıq görüşü keçirəcək

Millimiz Gürcüstanla yoldaşlıq görüşü keçirəcək

Bakı Şahmat Olimpiadasına hazırlaşan əsas yığma komandalar yoldaşlıq görüşündə iştirak edəcək. SİA-nın məlumatına görə, artıq bununla bağlı Azərbaycan və Gürcüstan Şahmat Federasiyaları arasında yekun razılıq əldə olunub. Kişi və qadın şahmatçılardan ibarət Azərbaycan millisi avqustun 9-da baş tutacaq son hazırlıq toplanışında əvvəlcədən planlaşdırıldığı kimi, həm də yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, mötəbər yarışda iştirak edəcək bütün komandalarımız (3 kişi və 3 qadın komandamız) avqustda təlim-məşq toplanışına qatılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə