"Lokomotiv" finala yüksəldi

Qadın voleybolçular arasında "Çelenc Cup"un yarımfinal mərhələsinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, finala yüksələn ikinci Azərbaycan komandasının da adı müəyyənləşib. Bu Bakının "Lokomotiv" klubu olub.

İlk oyunda digər Bakı təmsilçisi "İqtisadçı"nı 3:0 hesabı ilə yenən "Lokomotiv" cavab oyununda 2:3 hesabı ilə məğlub olub. Belədə qalib qızıl setdə müəyyənləşib. Bu zaman 15:13 hesabı ilə qalib gələn "Lokomotiv" finala vəsiqə qazanıb.

Həlledici matçda "Lokomotiv" "Azərreyl"lə qarşılaşacaq.

Lokomotiv - İqtisadçı 2:3 (25:23, 20:25, 22:25, 25:14, 8:15)

Qızıl set - 15:13

Hakimlər: Katarjina Sokol (Polşa), Marqus Kapp (Estoniya).

"Sərhədçi" Olimpiya Mərkəzi

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com