Boksçumuz peşəkar rinqdə rus idmançını texniki nokaut etdi

Boksçumuz peşəkar rinqdə rus idmançını texniki nokaut etdi

Azərbaycanın və "Qəbələ" İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib. SİA-nın məlumatına görə, o, ilk döyüşünü Latviyanın Riqa şəhərində keçirib. Ağır çəki dərəcəsində çıxış edən boksçumuz "Riqa Arena"da təşkil olunan qarşılaşmalar çərçivəsində rusiyalı Vladimir Qonçarovla üz-üzə gəlib. 6 raund davam etməli olan görüş artıq ilk hissədə başa çatıb. Rəqibinə qarşısıalınmaz zərbələr endirən Z.Atakişiyev 1-ci raundun 2-ci dəqiqəsində texniki nokautla qalib gəlib.

Z.Atakişiyev qarşılaşmadan sonra debütü haqda qısa fikirlərini açıqlayıb: "Mən kikboksçu olsam da, peşəkar boksda debüt etdim. Debütümün belə erkən qələbə ilə başa çatması mənim üçün də gözlənilməz oldu. Bu, bir sürpriz idi".

Bütün xəbərlər Facebook səhifəmizdə