|
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, püşkatma nəticəsində qitənin ən nüfuzlu klubları arasında bəxti gətirməyən klublar ingilis klublarıdır. Çünki püşkatmanın nəticələri "Çelsi" və "Mançester Yunayted" futbol klublarını üz-üzə qoyub. Bu iki ingilis nəhənginin dueli 1/4 final qarşılaşmasında ən maraqlı oyun kimi göstərilir. Amma Avropanın başqa iddialı klublarının bəxti bu mərhələdə yaman gətirib. Məsələn, "Real" "Tottenhem"lə, "Barselona" "Şaxtyor"la, "İnter" isə "Milan"ı Çempionlar Liqasından uzaqlaşdıran "Şalke-04"lə qarşılaşacaq. Bu rəqiblər isə nəhəng klubların "dişinə" görədir. Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatmasını diqqətinizə çatdırırıq: |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB