Aslan Kərimov: \"Qurban Qurbanovun köməkçisi vəzifəsində də çalışa bilərəm\"-MÜSAHİBƏ

Aslan Kərimov: \"Qurban Qurbanovun köməkçisi vəzifəsində də çalışa bilərəm\"-MÜSAHİBƏ
"Qarabağ"ın yarımmüdafiəçisi Aslan Kərimov azerisport.az saytına müsahibəsində karyerasını başa vurmaq istəyindən, məşqçilik planlarından və çempionluq mübarizəsindən danışıb. Siasport.az saytı müsahibəni nəzərinizə çatdırır:


- Siz yaxınlarda AFFA-nın təşkil etdiyi kurslarda iştirak etdiniz. Deməli, sizin yaşıl meydanlardakı son ilinizi görürük?

- Bəli. İki həftə kurslarda iştirak etdim. Hansı ki, mənim gələcək aqibətimi müəyyənləşdirəcək.

- Özünüzü lazımsız hesab edirsiz yoxsa gənclərlə rəqabət apara bilmirsiz?

- Mən belə deməzdim. Mənim mövqeyimdə Samir Abasov, Devran Ayhan, Namiq Yusifov kimi futbolçular çıxış edir. Onlar komandaya məndən daha çox fayda verə bilirlər.

- Məşqçi kimi ilk iş yerinizi müəyyənləşdirmisiz?

- Tam yox. Bir neçə variant var. Uşaq komandasından başlamaq istəyirəm. Bu, mənim üçün yaxşı təcrübə olacaq. Mövsümün sonuna kimi həftədə bir dəfə uşaq komandalarımıza baş çəkəcəm. Qurban Qurbanovun köməkçisi vəzifəsində də çalışa bilərəm. Amma hələlik bunu istəmirəm. Oynayanda elə düşünürdüm ki, hər şeyi bilirəm və bu, mənə bəs edəcək. Ancaq görürəm ki, öyrənməli çox şey var.

- Bəs "Qarabağ"ın baş məşqçisi olmağa hazırlaşmırsız?

- Qurban Qurbanovun yerində əyləşmək? Ancaq gələcəkdə ola bilrə. Ancaq yüz faiz yaxın iki ildə belə şey olmayacaq. Öncə təcrübə toplamaq, ondan sonra peşəkar fəaliyyətə başlamaq lazımdı.

- Bu mövsüm komandaya kömək edə biləcəksiz?

- Əgər lazım olsam, buna tam hazıram. Diskvalifikasiya və ya zədəli olsa, meydana çıxıb kömək edə bilərəm. Ancaq ümid edirəm ki, "Qarabağ"ın buna ehtiyacı qalmayacaq.

- Bu mövsümün sizin üçün əhəmiyyəti heç də az deyil...

- Şübhəsiz. Çox istərdim ki, karyeramı birinci pillədə başa vurum. Bu çox simvolik olar. Axı 1993-cü ildə də mən çempion olmuşdum. Yaxşı şəkildə getmək istəyirəm. Komandamız da cari mövsüm yaxşı təsir bağışlayır. Rəşad Sadıqov komandaya dönüb. Əfran İsmayılov da sağalıb. Bizim ehtiyat oyunçular skamyamız da genişlənib. Qurban Qurbanov heç bilmir kimi buraxsın. Bütün bunlar bizi oyunumuzu yaxşılaşdırmağa məcbur edir.

- "Xəzər Lənkəran" – "Neftçi" matçından nə gözləyirsiz?

- "Qarabağ"ın futbolçusu olduğundan bu oyun mənim üçün maraqlı deyil. Əgər biz birinci pillədə olmaq istəyiriksə, ilk növbədə öz oyunumuzu düşünməliyik. Rəqiblərimizin bir-biriylə oyunları artıq onların öz işidi.

- AZAL – "Xəzər Lənkəran" matçından nəticə çıxarmısız?

- Ümid edirəm ki, lənkəranlıların səhvlərini təkrarlamarıq. İkinci altılıqdakı bütün komandalar bərabərdi. Buna görə də bizi çox çətin oyun gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com