Mahir Şükürov "Anji"dən ayrılır?

Mahir Şükürov "Anji"dən ayrılır?
Rusiya mətbuatı Azərbaycan millisinin futbolçusu Mahir Şükürovun "Anji" klubundan ayrılması haqda yazıb. Siasport.az saytı xəbər verir ki, "Sport Ekspress" qəzetində 28 yaşlı yarımmüdafiəçinin Mahaçqala təmsilçisi rəhbərliyinin icazəsi ilə "Neftçi"də məşq etməsi, həftəsonu yığmamızın heyətində Belçika ilə rəsmi oyuna hazırlıq məqsədilə Almaniyaya təlim-məşq toplanışına yollanması barədə xəbər verib.

Əslində bu, əvvəldən məlumdu və burada qeyri-adi heç nə yoxdu. Sadəcə, yazının sonundakı qeydlər diqqət çəkəndi: "Mahir "Anji"nin düşərgəsini tərk etsə də, onun futbolçusu olaraq qalır. Hərçənd, belə ehtimal var ki, o, yayda komandadan gedəcək. Şükürov ötən mövsüm "Anji"nin heyətində 20 oyun keçirib".

Bütün xəbərlər Facebook səhifəmizdə