"Cəsurlar” hərbi-idman və turizm oyununun rayon birinciliyi keçirilib

"Cəsurlar” hərbi-idman və turizm oyununun rayon birinciliyi keçirilib
Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunmuş "Cəsurlar" hərbi-idman və turizm oyununun rayon birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, "Cəsurlar" hərbi-idman və turizm oyununun komandaları VII-VIII sinif şagirdlərindən təşkil olunub. Komandaların tərkibi 7 nəfərdən (5 oğlan, 2 qız) ibarətdir. Rayon üzrə zona birinciliyində 21 orta məktəbin komandası iştirak edib. Yasamal rayonu üzrə birinciliyin nəticələrinə görə I yerə 38 saylı orta məktəbin, II yerə 286 saylı orta məktəbin, III yerə isə 173 saylı orta məktəbin komandaları layiq görülüblər. Qaliblər İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri ilə təltif olunub və I yeri tutmuş (38 saylı orta məktəbinin komandası) komanda "Cəsurlar" hərbi-idman və turizm oyununun Bakı şəhəri üzrə zona mərhələsinə vəsiqə qazanıblar. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarısinin Gənclərlə iş şöbəsinin müdiri Nəcəf Novruzov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Yasamal rayon Hərbi Komissarının müavini Müşviq Cəfərov və rayon üzrə orta ümumtəhsil məktəblərinin rəhbər və nümayəndələri iştirak ediblər. "Cəsurlar" hərbi-idman və turizm oyununun keçirilməsində məqsəd yeniyetmələrlə hərbi vətənpərvərlik işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlaması və turizm hərəkatının inkişaf etdirilməsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə