"Qarabağ"ın oyununa 6 min bilet satılıb

"Qarabağ"ın oyununa 6 min bilet satılıb

Futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Qarabağ" - "Viktoriya" matçının biletləri bu gün satışa çıxarılıb. Qol.az-ın məlumatına görə, dünən səhər saatlarından etibarən görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında biletlərin satışına start verilib.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza verdiyi açıqlamasında dünən saat 18:00-a olan məlumata görə artıq 6 min biletin satıldığını bildirib.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 1-5 manat arasında dəyişir. VİP sektoruna isə biletlərin qiyməti 30 manatdır.

Qeyd edək ki, avqustun 2-də keçiriləcək "Qarabağ" - "Viktoriya" oyunu saat 20:30-da başlayacaq. Bu komandalar arasında Çexiyada keçirilən ilk oyunda qapılara qol vurulmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə