"Mançester Siti" hücumçusu Serxio Aqueroya yeni müqavilə təklif edəcək. İngilis qəzeti "Daily Mail" yazır ki, Mançester təmsilçisinin rəhbərliyi argentinalı futbolçunu daha bir il komandada saxlamaq niyyətindədir. Klubla mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq Aquero yeni sözləşmə imzalayacağı təqdirdə daha bir mövsüm "Mançester Siti"də oynayacaq. Daha öncə "DÇ-2018"dən sonra vətəni Argentinaya qayıdacağını açıqlayan Aqueronun yeni müqavilə təklifini qəbul edib-etməyəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Aquero 2011-ci ildə 35 milyon avro müqabilində "Atletiko"dan "Mançester Siti"yə transfer olunub. Serxio Aquero məşhur argentinalı futbol əfsanısi Dieğo Maradonanın keçmiş kürəkənidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB