"Mançester Yunayted"in yeni transferi Zlatan İbrahimoviç "Qalatasaray"la keçirəcəkləri yoldaşlıq oyunu haqda danışıb. Klubun rəsmi saytına istinadən verilən məlumata görə, 34 yaşlı futbolçu hər kəsin onun Mançester təmsilçisində debütünü gözlədiyini bildirib:
"Hər kəs mənim "Mançester Yunayted"də debütümü gözləyir. İlk oyunumu vətənim - İsveçdə keçirməyim əladır. Azarkeşlər mənim yenidən yaşıl meydanlara qayıtmağımı görmək istəyirlər. Ancaq onlar təkcə mənim yox, bütün komandanın oyununu izləmək arzusundadırlar. Ümid edirəm ki, "Qalatasaray"la görüşdə yaxşı oyun sərgiləyəcəyik".
Qeyd edək ki, bu gün keçiriləcək "Mançester Yunayted" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB