\"Bakı\" \"İnter\"lə oyuna hazırdı

\"Bakı\" \"İnter\"lə oyuna hazırdı
\"Bakı\" klubu "İnter"lə oyunun hazırlıqlarını tamamladı. Siasport.az saytı xəbər verir ki, oyun öncəsi bir məşqlə kifayətlənən Starkovun yetirmələri dünən "Şəfa" stadionunda məşq keçdi. Bir saat davam edən məşq fiziki təmrinlər və topla çalışmalar üzərində quruldu. Nisbətən yüngün keçən məşqdə zədəli futboçular Aleksey Savinov və Juninyo iştirak etmədilər.

Xatırladaq ki, komanda Azərbaycan Premyer Liqası final mərhələsinin ikinci oyununda səfərdə "İnter"lə qarşılaşacaq. "Şəfa" stadionunda baş tutacaq qarşılaşma bu gün saat 16:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə