Luiş Felipe Skolari “Beşiktaş”a gəlir?

Luiş Felipe Skolari “Beşiktaş”a gəlir?

İstanbulun "Beşiktaş" futbol klubunda yeni baş məşqçi axtarışları başlayıb. Siasport.az saytı xəbər verir ki, almaniyalı Bernd Şusterin istefasından sonra klub rəhbərliyi indidən kimi baş məşqçi gətirəcəyi ilə bağlı qərar verməyə çalışır. Türkiyə mətbuatı xəbər verir ki, İstanbul klubunun prezidenti Yıldırım Dəmirörənin siyahısındakı ilk namizəd, hazırda Braziliyanın "Palmeras" futbol klubunda baş məşqçi işləyən məşhur braziliyalı futbol mütəxəssisi Luis Felipe Skolaridir. Vaxtilə Portuqaliya milli komandasının və "Çelsi" futbol klubunun sükanı arxasında olmuş braziliyalı məşqçi, həttda hazırda çalışdırdığı "Palmeras" futbol klubunu tərk edərək İstanbul klubunun sükanı arxasına keçməyə hazır olduğunu da dilə gətirib. Artıq İstanbul klubunun bacarıqlı meneceri Əhməd Bulut bu məsələlərlə bağlı İspaniyaya yollanıb. Klubun prezidenti Y.Dəmirörən də Madridə gedəcək və bir çox ulduz futbolçuların transferində xüsusi rolu olan məşhur futbol meneceri Jorge Mendeslə görüşərək müzakirələr aparacaq. Məlumata əsasən "Beşiktaş"ın baş məşqçisi postuna namizədlər arasında bir neçə gün bundan əvvəl "Şalke"nin baş məşqçisi postundan qovulan Felix Magat da yer alır. Sərt idman qaydaları yaratmağına və futbolçulara qarşı tələbkarlığına görə "Səddam" ləqəbi qazanan mütəxəssis də İstanbula gəlməyə müsbət yanaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə