Dünya Güləş Birliyi Rio Olimpiadası öncəsi güləşçilərin yeni reytinq siyahısını açıqlayıb. SİA-nın məlumatına görə, sərbəst güləşçilərimizdən Hacı Əliyev, qadınlardan Mariya Stadnik, yunan-Roma güləşçilərimizdən isə Rəsul Çunayev reytinq siyahısında birinciliyini qoruyub.
İlk onluqda yer alan sərbəst güləşçilərdən Xetaq Qazyumov 3-cü, Toğrul Əsgərov, Aleksandr Qostiyev və Cəmaləddin Məhəmmədov 5-ci, Cəbrayıl Həsənov, Nurməhəmməd Hacıyev və Hacımurad Ömərov 8-ci sırada qərarlaşıb.
Qadın güləşçilərin onluğunda Tatyana Omelçenko 6-cı, Nataliya Sinişin 8-ci, Yuliya Ratkeviç 9-cu yerdədir.
Yunan-Roma güləşçilərinin reytinq siyahısında isə onluğa daxil olanlardan Rövşən Bayramov 2-ci, Rafiq Hüseynov 4-cü və Saman Təhmasibi 5-ci sırada qərarlaşıb.
Məlumat üçün bildirək ki, Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları 14-21 avqust tarixlərində baş tutacaq. Güləş yığmamız Olimpiadada 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq.
| Sərbəst güləş | Qadın güləşi | Yunan-Roma güləşi |
|
57 kq 12. Mircəlal Həsənzadə - Almaniya Qran Pri turniri 2-ci yer (15 61 kq 1. Hacı Əliyev - Almaniya Qran Pri turniri 1-ci yer (1) 65 kq 5. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (7) 18. Məhəmməd Müslümov - Əli Əliyev turniri 1-ci yer (nr) 19. Teymur Məmmədov - Əli Əliyev turniri 2-ci yer (nr) 70 kq 8. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 2-ci yer (7) 74 kq 8. Cəbrayıl Həsənov - Avropa çempionatı 2-ci yer (8) 86 kq 5. Aleksandr Qostiyev - Avropa çempionatı 2-ci yer (5) 8. Nurməhəmməd Hacıyev - U-23 Avropa çempionatı 1-ci yer (13) 15. Şərif Şərifov - Almaniya Qran Pri turniri 2-ci yer (nr) 97 kq 3. Xetaq Qazyumov - Almaniya Qran Pri turniri 1-ci yer (6) 125 kq 5. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (8) |
48 kq 1. Mariya Stadnik - Avropa çempionatı 1-ci yer (1) 53 kq 14. Anjela Doroqan - Polan Open turniri 3-cü yer (13) 55 kq 16. Alyona Kolesnik - U-23 AÇ 2-ci yer (16) 58 kq 8. Nataliya Sinişin - Avropa çempionatı 1-ci yer (8) 9. Yuliya Ratkeviç - Avropa çempionatı 3-cü yer (9) 60 kq 3. Tatyana Omelçenko - U-23 AÇ 1-ci yer (3) 19. İrina Netreba - Polşa turniri 3-cü yer (18) |
59 kq 2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2) 66 kq 12. Həsən Əliyev - Avropa çempionatı 3-cü yer (71 kq) (11) 71 kq 1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1) 75 kq 13. Elvin Mürsəliyev - Avropa çempionatı 5-ci yer (12) 80 kq 4. Rafiq Hüseynov - Almaniya Qran Pri turniri 1-ci yer (75 kq) (4) 85 kq 5. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (4) 10. İslam Abbasov - Dünya Kuboku 1-ci yer (10) 98 kq 15. Orxan Nuriyev - Avropa çempionatı 5-ci yer (nr) 130 kq 15. Sabah Şəriəti - Rumıniya turniri 1-ci yer (13) |
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB