Balakəndə yunan-Roma güləşi üzrə turnir keçirilir

Balakəndə yunan-Roma güləşi üzrə turnir keçirilir

Balakən Olimpiya İdman Kompleksində Əməkdar Məşqçi, SSRİ İdman ustası İsmayıl Çopsiyevin 70 illik yubileyinə həsr olunan yunan-Roma güləşi üzrə turnir başlayıb. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Balakən rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 2000-2002-ci il təvəllüdlü idmançılar mübarizə aparırlar. Turnirdə Azərbaycanın regionlarından 100-dən çox güləşçi birincilik uğrunda yarışır.

Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında təşkil olunan yarışda güləşçilər 10 çəki dərəcəsində mübarizə aparırlar.

Yarışın baş hakimi Qərib Əliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə