Vüqar Həşimov bu gün erməni şahmatçı ilə qarşılaşacaq

Vüqar Həşimov bu gün erməni şahmatçı ilə qarşılaşacaq
Monte-Karloda "Amber-2011" ənənəvi beynəlxalq şahmat turniri keçirilir. Siasport.az saytı xəbər verir ki, turnirdə dünyanın demək olar, bütün aparıcı qrossmeysterləri -Vişnavatan Anand (Hindistan), Vüqar Həşimov (Azərbaycan), Maqnus Karlsen (Norveç), Levon Aronyan (Ermənistan), Vladimir Kramnik (Rusiya), Vasili İvançuk (Ukrayna), Sergey Karyakin (Rusiya), Veselin Topalov (Bolqarıstan), Hikaru Nakamura (ABŞ), Aleksandr Qrişuk (Rusiya), Boris Gelfand (İsrail), Aniş Giri (Niderland) iştirak edirlər. Turnirin mükafat fondu 227 min avrodur. Turnir iki növ üzrə - şahmat taxtasına baxmadan və sürətli şahmat üzrə keçirilir. Bundan sonra nəticələr ümumiləşdirilir. Turnirin dairəvi sistem üzrə keçirilməsi bu yarışa marağı artırır.

Bu gün keçiriləcək beşinci turda Azərbaycan şahmatçısı Vüqar Həşimovun rəqibi Ermənistan təmsilçisi Levon Aronyan olacaq. Bu turda V.İvançuk – M.Karlsen, A.Giri – H.Nakamura, V.Anand – S.Karyakin, V.Topalov – A.Qrişuk və V.Kramnik – B.Gelfand qarşılaşmaları da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə