"Qarabağ" - "Viktoriya" matçının biletləri satışda 1-5 AZN

"Qarabağ" - "Viktoriya" matçının biletləri satışda 1-5 AZN

Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Viktoriya" cavab qarşılaşmasının biletləri bu gündən etibarən Respublika stadionunun kassalarında satışdadır. SİA-nın məlumatına görə, biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir. VİP sektorun qiyməti isə 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11-18 nömrəli sektorlar - 5AZN

VİP - 30 AZN

Qeyd edək ki, "Qarabağ" - "Viktoriya Plzen" matçı avqustun 2-si saat 20:30-da start götürəcək.

Tərəflər arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə