Fatih Terimə "Beşiktaş"ın baş məşqçiliyi təklif olundu

Fatih Terimə "Beşiktaş"ın baş məşqçiliyi təklif olundu
Türkiyə Superliqasında uğursuz mövsüm keçirən "Beşiktaş"ın baş məşqçi Bernd Şusteri qovduqdan sonra həmin postu dolduracaq yeni çalışdırıcı axtarışlarına başlayıb. Siasport.az xəbər verir ki, komandanın başına gətiriləcək ilk namizəd isə Fatih Terimdi.

"Türkiyədə işləmərəm",- deyən Terim bundan əvvəlki açıqlamalarında "Qalatasaray"dan gələn təklifi rədd etdiyini bildirmişdi. Ancaq "Beşiktaş" rəhbərliyinin etdiyi təklif təcrübəli mütəxəssisi düşündürməyə məcbur edib. İstanbul klubunun prezidenti Yıldırım Dəmirörən Terimə illik 3,5 milyon avro ilə 4 illik müqavilə təklif edib. Terim isə düşünmək üçün vaxt istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə